Zəmanətli qəbul ilə mükəmməl sənəd şəkli hazırlayın
Vaxtınıza və pulunuza qənaət edin - evdən çıxmadan rahat bir sənəd şəkli çəkin
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramının 6.7.1. bəndində təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədi ilə “Azərbaycan Tələbə Kartı”nın tətbiq edilməsi və gənclərin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı “Azərbaycan Tələbə Kartı”nın Avropa Gənclər kartı ilə birgə buraxılması və kartların tələbələrə dövlət hesabına təmənnasız verilməsi təşəbbüsü irəli sürülmüşdür. Təşəbbüs Gənclər və İdman və Təhsil Nazirlikləri tərəfindən dəstəklənmişdir. Azərbaycan gənc kart vasitəsilə gənclərin mobilliyi haqqında razılaşmaya 2012-ci ilin mart ayında qoşulmuşdur və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Avropa Gənclər Kartını təmsil edir. Azərbaycan Tələbə Kartının Avropa Gənclər kartı ilə birgə buraxılması Azərbaycan tələbələri üçün ölkə ərazisində, eləcə də Avropanın 30-dan çox ölkəsində 80.000-dən artıq ictimai iaşə obyektlərindən, kafe və restoranlardan, otellərdən, internet klublardan və s.dən güzəştlərlə istifadə etmək imkanını verir.
"Azərbaycan Tələbə Kartı" Avropa Gənclər kartı (EYCA) ilə birgə buraxılır.
EYCA-nın sloqanı “Qənaət edilmiş pul-qazanılmış puldur”.
EYCA-nın beynəlxalq əməkdaşları:
Plastik Kartın üzərində Avropa Gənclər Kartının loqosu var və ona uyğun olaraq kartın içində mikroçip yerləşdirilib. Bu da kart sahibinə Avropanın 37 ölkəsində aşağıdakı 80.000-dən artıq və Azərbaycanda 450-dən artıq obyektlərində 5% -dən - 55% -dək endirimlər təklif edir.
"Azərbaycan Tələbə Kartı" tələbələrə pulsuz təqdim olunur. www.countdown.az , www.eyca.az internet saytlarından obyektlərin adlarını, ünvanlarını, mövcud olan faiz dərəcələrini öyrənmək mümkündür. Daha bir yenilik ondan ibarətdir ki, həmin saytları telefonda işlətmək üçün xüsusi application da yükləmək mümkündür.Bu proqramın köməyilə daha asan yolla telefondan endirimli yerlərin ünvanını öyrənmək mümkün olacaq. Hər hansısa obyektdə endirimdən imtina etsələr, tələbə dərhal kartın üzərində mövcud olan "187" “Qaynar xətt”ə zəng edib bu haqda məlumat verə bilər.
2013-2014-cü illər ərzində 197602 nəfər tələbə "Azərbaycan Tələbə Kartı" ilə təmənnasız təmin edilmişdir.
Azərbaycanda tələbə kartına fotoşəkil üçün tələblər aşağıdakılardır:
Photo requirements are based on: www.facebook.com
Last update: 21.05.22
Azərbaycan Tələbə Kartının Avropa Gənclər kartı ilə birgə buraxılması Azərbaycan tələbələri üçün ölkə ərazisində, eləcə də Avropanın 30-dan çox ölkəsində 80.000-dən artıq ictimai iaşə obyektlərindən, kafe və restoranlardan, otellərdən, internet klublardan və s.dən güzəştlərlə istifadə etmək imkanını verir.
Heç bir fotoqrafiya studiyasına getmədən tələbə kartınız üçün pulsuz mükəmməl foto əldə etmək istəyirsinizsə, həll yolu çox asandır! Passport Photo Online saytına bir fotoşəkil yükləyin və bir neçə saniyə ərzində pulsuz və peşəkar tələbə kartınız üçün fotoşəkil əldə edin!
Reytinq:
- səs sayı: